Trampın SON ÇARƏSİ - Ağ Evdə kritik YEMƏK MƏRASİMİ

Trampın SON ÇARƏSİ - Ağ Evdə kritik YEMƏK MƏRASİMİ ABŞ prezidenti Donald Tramp Ağ Evdə, adətən, böyük dövlətlərin liderləri üçün təşkil edilən dövlət yeməyini bu dəfə ölkənin 100 önəmli yevangelist (xristianlığı yayan şəxslər) lideri və həyat yoldaşları üçün verib.
Daxili siyasətdə küncə sıxışmış formada qalan Tramp onu əhatə edən çətinliklərdən qurtulmaq üçün istiqamət kimi gördüyü yevangelistlərə qurtuluş açarı kimi münasibət bəsləyir.
Adətən, Trampın bu cür mərasimlərinə qatılmayan həyat yoldaşı Melaniya Tramp da bu dövlət yeməyində iştirak edib. Bu da ABŞ prezidentinin bu görüşə nə qədər əhəmiyyət verməsini gözlər önünə sərib. Hətta Trampın kabinetinin üçdə biri də yeməkdə iştirak edib. Yemək mərasiminin rəsmi səbəbi olaraq isə dövlətin dindarların ictimai həyata verdiyi faydalarına görə təşəkkür məqsədi daşıdığı bildirilib.
Lakin mərasim Trampı əhatə edən problemlərdən və yaxınlaşan erkən seçkilərdə Konqresdə üstünlüyü demokratlara vermək qorxusundan qurtulmaq üçün son çarə kimi dəyərləndirilib. Bütün bu rəsmi mərasimlərin fonunda prezidentin hər həftə müəyyən edilmiş bir gündə Mayk Pens, dövlət katibi Mayk Pompeo, ədliyyə naziri Cef Sessions və təhsil naziri Betsi Devosun qatıldığı, yevangelist bir din adamının idarə etdiyi dua seansları keçirməsi Vaşinqtonda gündəm olub.
Bu hadisələr Türkiyədə həbsdə saxlanılan və ABŞ-la böhrana səbəb olan rahib Endryu Bransonun ölkəsinə geri qayıtmaq məsələsinin gündəmdən düşməyəcəyini işarə verir. Çünki Donald Tramp rasional şəkildə düşünüb problemlərə həll yolu axtarmır. Təşkil etdiyi dini mərasimlərdə isə təbii ki, Endyu Bransonun məsələsi gündəmə gəlir və müzakirə edilir.
ABŞ-da aparılan bir ictimai anket sorğusuna görə, yevangelistlərin 41%-i siyasətindən razı olmasalar da, Trampı dəstəkləyirlər və buna davam edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər