Donald Trampın keçmiş həyat yoldaşı Çexiyada səfir olmaq istəyir

Donald Trampın keçmiş həyat yoldaşı Çexiyada səfir olmaq istəyir ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp səfir olmaq istəyir.

O, bunu “New York Post" qəzetinə açıqlamasında deyib. İvana Tramp ABŞ-ın Çexiyada səfiri olmaq istədiyini söyləyib: “Mən çexiyalıyam. Dilini də bilirəm. Hamı məni tanıyır. Təkcə ABŞ-da deyil, bütün dünyada tanınram. Üç kitab yazmışam. Onlar 40 ölkədə 25 dilə tərcümə edilib. 2017-ci il yanvarın 20-dək Donald Trampa yardım edəcəyəm. Üç övladım - İvanka, Donald Erik və kürəkənim Jared Kuşner onun müvəqqəti komandasındadır. Qızımız İvanka Tramp Ağ evdə rəsmi vəzifə tutmayacaq. O, atasının şirkəti ilə bağlı işlərlə məşğul olacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər