Belə hesab edilir ki, idmançılar ürək-damar xəstəliklərindən əziyyət çəkmirlər. Lakin Britaniya Kolumbiyası Universitetinin alimləri bu fərziyyəni təkzib ediblər. Onlar bildiriblər ki, daimi fiziki aktivliyə baxmayaraq idmançılar da ürək-damar xəstəliklərinə qarşı həssasdırlar.
Əvvəllər aparılan araşdırmalar orqanizmin daimi fiziki ağırlığa məruz qalmasının vaxtından əvvəl ölümlə nəticələndiyini sübut edib.
Budəfəki tədqiqatlarda 35 yaşından yuxarı 798 idmançı iştirak edib. Onlar həftədə üç dəfə intensiv olaraq orta və yüksək ağırlıqlı fiziki hərəkətlərlə məşğul olublar. Bununla bərabər idmançılar öz sağlamlıqları, irsi problemlər və məşğul olduqları idman növü haqqında müxtəlif məlumatlar veriblər. Mütəmadi olaraq idmançıların qan təzyiqləri ölçülüb və koronar angioqrafiya (ürək damarlarının müayinəsi) olunub. Nəticədə iştirakçılardan 94 nəfərində ürək-damar xəstəlikləri, 10-unda isə ürəyin tac damarlarında ağır funksiya pozuntuları aşkar olunub. Onu da qeyd edək ki, patologiyalar heç bir əlamətlə özünü büruzə verməyib.
Araşdırmalar onu sübut edib ki, pis vərdişlərin və genetik xəstəliklərin olmamasına baxmayaraq, idman ürək-damar xəstəliklərindən qorunmanın təminatı deyil.
Tehsil-press.az