Ev heyvanları ömrü uzadır

Ev heyvanları ömrü uzadır ABŞ-ın Pensilvaniya Universitetinin və Rostok Universitetinin mütəxəssisləri sübut ediblər ki, ev heyvanları ömrü uzadır.

Tehsil-press.az xəbər verir ki, tədqiqatda ümumən ürək tutması keçirmiş 92 pasiyent iştirak edib. Məlum olub ki, ev heyvanları saxlayan pasiyentlərin vəziyyəti 95 faiz halda yaxşılaşıb.
Görünür, heyvanların bəxş etdiyi sevinc hissi firavanlıq və xoşbəxtlik hormonları olan oksitosinin və serotoninin əmələ gəlməsinə kömək edir. Müsbət emosiyalar insanın ümumi ovqatını yüksəldir, ona əlavə güc verir.
Bundan başqa, ev heyvanları həvəskarlarında xolesterinin səviyyəsi xeyli aşağı olur. Belə insanlar stress hallarının öhdəsindən asanlıqla gəlirlər. Onların ürək-damar sistemi hətta ürək tutmasından sonra fəal işləyir.
Alimlər allergiyası olmayan adamlara evdə heyvan saxlamağı tövsiyə edirlər. Ola bilsin, bu addım həyata münasibəti dəyişməyə və ovqatı yaxşılaşdırmağa kömək edər.

Tehsil-press.az

Oxşar xəbərlər