Almaniyanın Münhen Universitetinin mütəxəssisləri apardığı araşdırmalar nəticəsində müəyyən ediblər ki, ürək döyüntüsünün köməkliyi ilə insanda erkən mərhələlərdə olan müxtəlif xəstəlikləri diaqnoz etmək mümkündür.
Alimlər infarktdan əvvəl ürəyin döyüntülərini izləyərkən, belə bir nəticəyə gəlib. Onlar müəyyən ediblər ki, ürəyin nasazlığı zamanı 95% hallarda nəbzin döyüntüsü təxminən iki dəfə güclənir.
Həmçinin məlum olub ki, ürək döyüntüsünün tezliyi insan orqanizmində müxtəlif onkoloji şişlərin inkişafından da xəbər verə bilər. Məsələn, onkoloji xəstəliklərin ilkin mərhələlərində nəbzin döyüntüləri təxminən 30% normadan aşağı düşür. Mütəxəssislərin sözlərinə görə, bu yeni nailiyyət bir çox insanların həyatını xilas etməyə kömək edəcək.
Tehsil-press.az