Paşinyan Putinlə görüşdü - Hərbi-texniki əməkdaşlıqdan danışdı

Paşinyan Putinlə görüşdü - Hərbi-texniki əməkdaşlıqdan danışdı Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib.
Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə ikitərəfli münasibətlərdə daxili işlərə qarışılmaması barədə fikirlər səsləndirilib.
Qeyd edilib ki, qarşılıqlı əlaqələr hörmət prinsipinə əsaslanmalı və ölkələrin maraqlarına uyğun olmalıdır.
Paşinyan hərbi-texniki sahədə əməkdaşlığa böyük potensialın olduğunu bildirərək Rusiyadan yeni texnikaların alına biləcəyinə işarə vurub.

Tehsil-press.az

Oxşar xəbərlər