Əliyevlə Putin danışıqları İrəvanı həyəcana boğdu: Paşinyan Moskvaya YALVARIR

Əliyevlə Putin danışıqları İrəvanı həyəcana boğdu: Paşinyan Moskvaya YALVARIR Azərbaycan və Rusiya liderlərinin Soçi görüşü ən çox işğalçı Ermənistanda həyəcana səbəb olub. Prezident İlham Əliyevlə Prezident Vladimir Putinin imzaladığı sənədlər, əldə olunan razılaşmalar və etdikləri çıxışlar İrəvanda “Moskva Bakıya dəstək verməyə başladı” narahatlığını yaradıb.
Erməni şərhçi Sarqis Artsruni Rusiyanın Ermənistanla münasibətləri artıq qeyri-ciddi yanaşdığını yazır: “Putin Nikol Paşinyanla protokol xarakterli görüşlər keçirib və heç bir razılıq əldə olunmayıb. Bu kontekstdə Bakı və Moskva arasında münasibətlərin inkişafı Ermənistan üçün son dərəcədə həyəcanlıdır. Xüsusilə Əliyevlə Putinin Qarabağ müzakirəsi Ermənistan üçün ağrılı perspektivlər vəd edir”.
Qeyd edək ki, Azərbaycan və Rusiya liderləri arasında keçirilən Soçi görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Putinlə danışıqlar üçün Moskvaya yola düşəcəyini bildirib. Paşinyan qeyd edib ki, bu səfərdə bütün problemlərin həllinə ümid etmir, lakin ən azı münasibətlərin gələcəkdə daha da pisləşməyəcəyinə inanır. Görünür, Azərbaycan Prezidentinin Rusiyaya səfərindən sonra Paşinyan Putinlə görüşmək üçün dəridən-qabıqdan çıxır.

Tehsil-press.az

Oxşar xəbərlər