Putin Paşinyanı Azərbaycan prezidenti ilə tanış edib

Putin Paşinyanı Azərbaycan prezidenti ilə tanış edib Rusiya lideri Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevlə tanış edib.
Bu barədə N.Paşinyan “Facebook” profilində yerləşdirdiyi video-müraciətində bildirib.
“Rusiya ilə Səudiyyə Ərəbistanı arasında baş tutan futbol matçından sonra Rusiya prezidenti MDB ölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil etdi. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edirdi və Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə, məzmunlu söhbət və ya təmas olmadı”, - deyə Paşinyan vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər