AZAL Cenevrəyə reysləri bərpa edir

AZAL Cenevrəyə reysləri bərpa edir Bu ilin oktyabrın 30-dan etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə uçuşlara başlayır.
Reyslər baqajın və əl yükünün pulsuz daşınması və bort qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter proqramı çərçivəsində yerinə yetiriləcək.
AZAL-ın J2-5009/J2-5010 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər