Ruslar üçün: Antalyada 614 manata “hər şey daxil” və 3 ulduzlu hoteldə qalma

Ruslar üçün: Antalyada 614 manata “hər şey daxil” və 3 ulduzlu hoteldə qalma Rusiyanın “İnturist” şirkəti sentyabrın 2-də Türkiyənin Antalya kurortuna çarter reysləri açacaq.

Tehsil-press.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, altı gecəlik putyovkanın bir nəfər üçün qiyməti 24 498 rubldan (təqribən 614 manat) başlayır. Bu qiymətə “hər şey daxil” sistemi üzrə qidalanma və üçulduzlu hoteldə qalma daxildir.
Rusiya Turoperatorları Assosiasiyasının məlumatına görə, uçuşlar həftədə beş dəfə oktyabrın sonunadək “Türk Hava Yolları” aviaşirkətinin təyyarələri vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, avqustun 28-də Rusiyanın Baş naziri Dmitri Medvedev iki ölkə arasında çarter daşımaları üzrə qadağanın ləğv edilməsi barədə qərar imzalamışdı.


Tehsil-press.az

Oxşar xəbərlər