Payız fəsli Azərbaycana daxil oldu

Payız fəsli Azərbaycana daxil oldu Payız fəsli artıq Azərbaycana daxil olub. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Tehsil-press.az-a verilən məlumata görə, payız fəsli bu gün Bakı vaxtilə saat 05:54-də ölkəmizə daxil olub.
Bu gün gecə və gündüz bərabərliyi baş verəcək - Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür. Bununla da gecələr uzanır, gündüzlər isə qısalır.
Qeyd edək ki, ölkəmizə növbəti payız fəslinin gəlişi 23 sentyabr 2019-cu ildə saat 11:50-də baş tutacaq və Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarım kürəsinə keçəcək.

Tehsil-press.az

Oxşar xəbərlər