Mərakeş XİN rəhbəri: 2017-ci ildə dünyada 10 mindən artıq terakt baş verib

Mərakeş XİN rəhbəri: 2017-ci ildə dünyada 10 mindən artıq terakt baş verib 2017-ci ildə dünyada 10 mindən artıq terror aktı baş verib.
Bunu Mərakeşin XİN rəhbəri Naser Burita BMT Baş Assambleyası çərçivəsində keçirilən Terrorçuluqla Mübarizə üzrə Ümumdünya Forumunun nazirlər sessiyasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, ötən il dünyada terror aktlarının sayının azalması qeydə alını: "2017-ci ildə 10900 terror aktə törədilib, bu isə 2016-cı ilin göstəricilərindən 20 faiz azdır. 18488 insan bu terror aktlarının qurbanı olub".
Nazir əlavə edib ki, Terrorçuluqla Mübarizə üzrə Ümumdünya Forumu ölkələrinin birgə fəaliyyəti ilə əhəmiyyətli nəticələr əldə edilib: "Lakin bu bütün məqsədlərin reallaşdırıldığı demək deyil. Reallaşdırılması gərəkən çağırışlar hələ var. 2017-ci ildə baş verən terror aktlarının 93 faizi Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi cə Cənub-Şərqi Asiyada, sub-sahar Afrikasında baş verib".
N.Burita vurğulayıb ki, Terrorçuluqla Mübarizə üzrə Ümumdünya Forumu terror fəallığının dinamikasının başa düşülməsində, səmərəli siyasətin və konkret cavab tədbirlərinin hazırlanmasında mühüm rol oynayır.

Tehsil-press.az

Oxşar xəbərlər