Noyabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Dirçəliş Gününə həsr olunmuş “Terrorizmə yox deyək!” mövzusunda seminar keçirilib.
Tədbirdə universitetin dekanı, texnika elmləri doktoru Tahirə Haqverdiyeva terrorun bəşəriyyətin ən qorxunc kabusu olduğunu və onun dünyanın bütün ölkələrinin üzərində dolaşdığını söyləyib. Azərbaycanın da erməni terrorizmindən əziyyət çəkdiyini deyən dekan günahsız insanların bu kabusun qurbanına çevrildiyini vurğulayıb.
Sonra dünyada və ölkəmizdə baş verən terror aktlarına həsr edilən videoçarx nümayiş olunub.
Digər çıxış edənlər terrorizmin tarixindən, terrorçu təşkilatların fəaliyyətindən danışıblar. Bildirilib ki, terrora ən çox məruz qalan respublikalardan biri də Azərbaycandır. Qeyd olunub ki, müasir dünyada 373 terror aktı törədilib, onlardan 32-si ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilib, 1500-dən çox vətəndaşımız terrorun qurbanı olub, 2000-dən çoxu isə xəsarət alıb.
Tədbir bədii hissə ilə davam etdirilib.

AzMİU-nun Mətbuat Xidməti