Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzi tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iqtisadiyyat və menecment fakültəsinin tələbələri üçün “Nağdsız ödənişlər: mövcud imkanlar və yeniliklər”, “Kapital bazarlarında maliyyələşmə və listinq” mövzularında təlim keçirilib.
Təlimdə Maliyyə Bazarlarına Nəzarət Palatasının ödəniş sistemlərinə nəzarət sektorunun rəhbəri Tamerlan Rüstəmov, bu qurumun ticarət əməliyyatlarına nəzarət idarəsinin böyük analitiki Arif Cəlilov və Bakı Fond Birjasının mütəxəssisi Müseyib Mehdiyev geniş təqdimatla çıxış ediblər.
Tələbələrə nağdsız ödənişlər və onun əsas xüsusiyyətləri, nağdsız ödəniş modelləri, ödəniş tapşırıqları və ödəniş kartları ilə əməliyyatların aparılması, elektron pul, habelə pul köçürmələri barədə ətraflı məlumat verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələrinin kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzular üzrə təqdimatları dinlənilib.
Sonra tələbələrin sualları cavablandırılıb.
ADNSU-nun Mətbuat Xidməti