UNEC-in tələbəsi Əsəd Qaralov Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) birgə reallaşdırdığı yaradıcılıq müsabiqəsinin qalibi olub.
“Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” mövzusunda keçirilən müsabiqənin məqsədi gənclərin diqqətini müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə yönəltmək, onları bu istiqamətdə maarifləndirmək olub.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan II kurs tələbəsi Ə.Qaralov müsabiqəyə Türkiyədən qatılıb. Hazırda “Erasmus+” tələbə mübadilə proqramı çərçivəsində təhsilini bir semestrlik Türkiyənin Hacettepe Universitetində davam etdirən Ə.Qaralov məqalədə müasir nağdsız ödəniş vasitələri, elektron bankçılıq, nağdsız ödənişlərin həcminin artırılmasının ölkə iqtisadiyyatında rolu və əhəmiyyəti, nağdsız ödənişlərin həcminin artırılması yolları, ödəniş kartlarından istifadə imkanları mövzularında araşdırma aparıb.
Məqalə Mərkəzi Bank və Dünya Bankı Qrupunun mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin şərtlərinə uyğun meyarlar əsasında qiymətləndirilib. UNEC-in tələbəsinin məqaləsi müsabiqədə ən yaxşı ikinci məzmun nominasiyası üzrə qalib olub.
Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılıb.
UNEC-in Mətbuat Xidməti