Sumqayıtda “Sülh göyərçini” abidəsinin 40 illiyi münasibətilə tədbir keçirilib

Sumqayıtda “Sülh göyərçini” abidəsinin 40 illiyi münasibətilə tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Sumqayıt Dövlət Rəsm Qalereyası və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Sumqayıtın rəmzi olan “Sülh göyərçini” abidəsinin 40 illiyi münasibətilə tədbir keçirilib.
Dənizkənarı parkda “Sülh göyərçini” abidəsinin önündə yazıçı-publisit Hafiz İmamnəzərlinin aparıcılığı ilə baş tutan tədbirə abidənin müəllifi Əməkdar İncəsənət Xadimi, rəssam Vaqif Nəzirov, AYB-nin katibi Xəyal Rza, Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, Qubadlı bölməsinin sədri, bədiyyə ustası Namiq Məna, Əməkdar jurnalist Rafiq Oday, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, MİMHİ-nin Sumqayıt şəhər Komitəsinin sədri Şahin Şəfiyev, Sumqayıt şəhər Təhsil şöbəsinin əməkdaşı Cəmilə Feyyaz, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Sumqayıt Mədəniyyət Mərkəzinin direktoru Samir Şəfiyev, 16 saylı məktəbin müəlliməsi Nazilə Əsgərova və şəhər ictimaiyyətinin nümatəndələri qatıllıblar.
Tədbirdə “Sülh göyərçini” abidəsi haqqında məlumat verilərək bildiriilib ki, abidə 1978-ci ildə Dənizkənarı parkda ucaldılıb. Alçaq səthi postament üzərində yerləşdirilmiş göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə icra olunub.
Tədbir iştitakçıları çıxış edərək abidə müəllifini təbrik edib, xoş arzularını çatdırıblar.
Sonra “Sülh göyərçini” abidəsinin 40 illiyinə həsr olunmuş şeir və rəsm müsabiqəsinin qaliblərinin adları elan olunub. Belə ki, şeir müsabiqəsinin nəticələrinə görə Rafiq Oday və Elvin Əlizadə I yerə, Ədalət Nicat və Novruz Qələndərli II yerə, Nəriman Nərimanlı və Nisə Qədirova III yerə layiq görülərək diplom və hədiyyələrlə təltif olunublar. Rəsm müsabiqəsinin nəticələrinə görə İlkin Şəmdinli I yerə, Günay Mürsəlova II yerə, Süsən Qasımova III yerə layiq görülüb, fəxri fərmanla təltib olunublar.
Tədbirdə rəssamlar və dekorativ tətbiqi sənət ustaları Ellada Həsənova, Günel Hüseynova, Cəmilə Hacınski, Nəsibə Şükürova, Zümrüd Məmmədova, Xuraman Səfərovanın əl işlərindən ibarət satış sərgisi və “Göyərçin abidəsi uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində iştirak edən şagirdlərin rəsmlərindən ibarət sərgi nümayiş olunub.
Tədbir Corat mədəniyyət evinin özfəaliyyət kollektivlərinin ifasında musiqi nömrələri ilə yekunlaşıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıtda “Sülh göyərçini” abidəsinin 40 illiyi münasibətilə tədbir keçirilibSumqayıtda “Sülh göyərçini” abidəsinin 40 illiyi münasibətilə tədbir keçirilibSumqayıtda “Sülh göyərçini” abidəsinin 40 illiyi münasibətilə tədbir keçirilibSumqayıtda “Sülh göyərçini” abidəsinin 40 illiyi münasibətilə tədbir keçirilibSumqayıtda “Sülh göyərçini” abidəsinin 40 illiyi münasibətilə tədbir keçirilib

Oxşar xəbərlər