Sumqayıtda modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdər” adlı fərdi sərgisi keçirilib

Sumqayıtda modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdər” adlı fərdi sərgisi keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdər” adlı fərdi sərgisi keçirilib. Sərgi şəhərimizdə ilk dəfə olaraq batika üsulu ilə işlənmiş uşaq geyimlərinin nümayişindən və Günel Hüseynovanın 3D formatda işlədiyi əsərlərdən ibarət olub.
Tədbirdə 12 ədəd uşaq geyimləri və 20-yə yaxın 3D formatda əsərlər nümayiş olunub.
Sərginin əsas məqsədi adından da göründüyü kimi hər uşağın bir çiçək olduğunu vurğulamaq, uşaqların rəngli, nağıllı dünyasına səyahət etdirməkdir.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova Coğrafiya elmləri namizədi Məhərrəm Həsənov, iqtisadçı ekspert İndira Şəmsivari, “İdeal” tədris mərkəzinin direktoru Könül Əhmədova və digərləri çıxış edərək müəllifi və fidanları təbrik edib, uğurlar arzulayıblar.
Gənc ifaçıların mahnı sovqatı tədbiri daha da rövnəqləndirib.
Tədbirdə iştirak edən balaca fidanlar Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıtda modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdər” adlı fərdi sərgisi keçirilibSumqayıtda modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdər” adlı fərdi sərgisi keçirilibSumqayıtda modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdər” adlı fərdi sərgisi keçirilibSumqayıtda modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdər” adlı fərdi sərgisi keçirilibSumqayıtda modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdər” adlı fərdi sərgisi keçirilibSumqayıtda modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdər” adlı fərdi sərgisi keçirilibSumqayıtda modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdər” adlı fərdi sərgisi keçirilib

Oxşar xəbərlər