Yeni ildə qarşıda duran hədəflər - arzular, planlar, məqsədlər...

Yeni ildə qarşıda duran hədəflər - arzular, planlar, məqsədlər... Yeni ilin ilk günlərində, insanların şənliklərdən, içki məclisindən başının ayıldığı saatlarda gələcək həyatına dair yeni planlar, strategiyalar haqda düşünməsi geniş yayılıb. Qarşıdan gələn iş həyatı, ailə düzəni ilə bağlı qarşımıza qoyduğumuz hədəflər hər zaman eyni olsa da, ilin sonunda aşağı-yuxarı eyni nöqtədə dayanmalı oluruq.
Yeni ilin ilk günlərində ən çox qurulan planların siyahısı.
1.Öz işimi quracağam.
Oturuşmuş dəyərlərinizdən qurtulmaq üçün üç gün təkbaşına qalın və keçmidə qaçırdığınızı düşündüyünüz fürsətləri yazıya çevirin. Şəxsi missiya və vizyon anlayışlarınızı yazın. Bunu edərkən işinizin “qarşılanmamış hansı ehtiyaca cavab verəcəyini açıqlayan bir arayış hazırlayın. İş fikrinizi sizi qəddarlıqla tənqid edəcəyinə inandığınız dostlarınızla paylaşın və mütləq maliyyə, mühasibat, bazarlama və satış kimi mövzulara aid bir iş planı hazırlayın.
2. İş yerində daha yaxşı təşkilatlanacağam, zamanımı daha yaxşı keçirəcəyəm.
İşdə keçirdiyiniz bir günü düşünün. Öhdəliklərinizi, gün içində etdiklərinizi, edə bilmədiklərinizi siyahılaşdırın. Etməli olduqlarınızı qeyd edin. Hər şey təcili və önəmli ola bilməz, bilirsiniz. Bu səbəblə də kimə, nəyə, nə zaman yox deyəcəyinizi də bilməlisiniz.
3. Vaxt oğrularını müəyyən edin: Faydasız keçən uzun iclaslar, çox danışanlar, uzun telefon danışıqları, lazımsız maillər və sair. Bir çox şey işdəki vaxtınızdan oğurlayır - və ya lazımsız xırdaçılığınız, nahar fasilələrindən geriyə qayıda bilməməyiniz...
Bu və buna bənzər “zaman qatillərini” müəyyənləşdirin və öhdəsindən gəlmək üçün fərdi strateiyalarınıza yenidən göz atın, onları inkişaf etdirin. Özümə kapital qoyacam (dil öyrənəcəm, fərqli qabiliyyətlər qazanacam və sair).
Öncəliklə hədəflərinizi ölçüləcək, öhdəsindən gələcək, realist bir şəkildə müəyyənləşdirin. Müəyyənləşdirdiyiniz addımları müəyyənləşdirdiyiniz müddətlərdə həyata keçirin. Axsaqlıqlar olduğu zaman çıxış yolları yaradıb, təkrarən hədəflərinizə davam edin.
4. İş-özəl həyat paralelinə eyni ölçüdə vaxt ayıracam...
İstədiyiniz qədər yaxşı təşkilatlanın, iş gərginliyiniz bir anda azalmayacaq. Bu səbəbdən də iş-özəl həyat “tərəzi”sini qurmağa çalışanda yorulmadan, məğlub olmadan çalışmaq lazım olduğunu unutmayın. Yanvar-fevral keçəndən sonra “köhnə hamam, köhnə tas” havasına bürünməyin!
Düzgün yerdən başlayın. Özəl həyatınızda arxa plana atdığını düşündüyünüz və daha çox zaman ayırmaq istədiyiniz sahələri müəyyənləşdirin. Özünüz üçün etmək istədiklərinizlə paralel, həyat yoldaşınız, uşaqlarınız, yaxınlarınız, dostlarınız sizdən diqqət gözləmiş ola bilər. Amma unutmayın, hər kəsi hər zaman məmnun etmək mümkünsüzdür. Bu səbəbdən də kimsə istədiyi üçün yox, gerçəkdən ehtiyacınız nə, siz nə istəyirsizsə, onu müəyyənləşdirin, doğru yerdən başlayın.
5. İl ərzində ala biləcəyiniz icazələri və tətil planlarınızı son dəqiqəyə qoymadan edin. Mütləq iş durumunuzu, gərgin vaxtlarınızı və ehtiyaclarınızı göz önündə saxayın ki, sonradan xəyal qırıqlığına düşməyin. Tətildən maksimum faydalanın.
6. İdmana gedəcəm, sağlam qidalanacam, siqareti atacam
Bu hədəfinizi gerçəkləşdirmək üçün həqiqətən də idmanı sevib-sevmədiyiniz önəmlidir. Bu səbəbdən də asan olanı seçin və ən sevdiyiniz fəaliyyətlə məşğul olun. İlk həftələr çətinmiş kimi görünsə də, bədəniniz endofrin ifraz etməyə başlayınca idman etməyin sizi fiziki və ruhi baxından gümrah tutduğuna və xoşbəxt etdiyinə inana bilməyəcəksiz.
Qidalanma planınızda özünüzə qadağalar qoymayın, hədəfiniz ölçülü bəslənmək olarsa, həyatın dadını qaçırmadan hər şeyi yeyərək də sağlam ola bilərsiniz. Yediyiniz qidanın nə olduğu, mühümmüş kimi görünsə də, əslində nə qədər sıxlıqda və nə miqdarda yediyiniz daha önəmlidir. Miqdar nəzarəti və qidalanma müxtəlifliyini təmin etmək ən yaxşı yoldur. Hər gün 100 kalori əskik qidalanmaq belə ilin axırında 5 kilo itirmənizi təmin edir.
Siqareti atmazdan öncə qidalanma səviyyəsi və yemək vərdişlərinizi gözdən keçirmənizdə fayda var. Siqareti atarkən dəstək almaq yaxşı bir yol olacaq.

Sevinc

Oxşar xəbərlər