Qadınlar, xoşbəxt həyat yaşamaq istəyirsinizsə mütləq bunları edin

Qadınlar, xoşbəxt həyat yaşamaq istəyirsinizsə mütləq bunları edin Xoşbəxt həyat yaşamaq istəyən bütün qadınlar 30 yaşına kimi bunları öyrənməlidirlər:

Xoşunuza gəlməyən tanışlardan xilas olun!
Keçmiş sevgilinizin dostu və ya söhbət etməyi heç sevmədiyiniz sinif yoldaşınız… Xoşunuza gəlməyən insanlarla danışmağa, görüşməyə məcbur deyilsiniz. Yaxınınızda olmağını istəmədiyiniz insanlar sizə zəng edə və ya sosial şəbəklərdən sizinlə əlaqə qura bilərlər. Əgər istəmirsinizsə, cavab verməyin, hətta bloklamaqdan da çəkinməyin. Pis bir iş gördüyünüzü və ya mədəniyyətsizlik etdiyinizi fikirləşməyin. Çünki həyat qısadır və saatlar sevmədiyiniz insanlarla keçirilməyəcək qədər dəyərlidir. Özünüzü stressdən qorumaq və tez qocalmaq istəmirsinizsə, sevmədiyiniz insanları həyatınızdan çıxarın.
Rəfiqənizin nişanlısını tənqid etməkdən vaz keçin!
Rəfiqənizin sevgilisini bəyənməyə bilərsiniz, ancaq artıq nişanlanıbsa, fikirlərinizi özünüzə saxlayın. Əgər tənqidlərinizə davam etsəniz, rəfiqənizi itirə bilərsiniz.
Üz təmizləmə cihazı alın!
Özünüzə yaxşılıq edin və üzünüzü pambıq, makiyaj təmizləyici vasitələrlə təmizləməyin. Texnologiyanın nemətlərindən faydalanın və özünüzə üz təmizləmək üçün nəzərdə tutulmuş xüsusi cihazlardan alın.
İki nəfərlik yataq alın!
Gecələri tək yatırsız deyə özünüzü kiçik yataqlara məhkum etməyin. Ən qısa zamanda özünüzə iki nəfərlik yataq alın. Bahalı və keyfiyyətli yataq dəstləri almağı da unutmayın.
Nə vaxt aybaşı olacağınızı öyrənin!
Artıq nə vaxt aybaşı olacağınızı bilməlisiniz. Tarixləri telefondakı təqvimə qeyd edə bilərsiniz. Aybaşı tarixini düzgün hesablayan telefon proqramları belə var. Onlardan birini telefonunuza yükləyib bu problemdən xilas ola bilərsiniz.
Hamı tonal krem çəkməyə məcbur deyil!
Üzünüzdəki qızartı və sızanaqları tonalnı ilə gizlətmək əvəzinə həkimə gedin.
Danışmayın, edin!
İşinizdən, sevgilinizdən və ya evinizdən məmnun olmaya bilərsiniz, amma şikayət etməkdən vaz keçib, hərəkətə keçməlisiniz. Dərdlərinizi dostlarınıza, tanışlarınıza danışıb onların da əhvalını pozmaqdansa, problemlərinizi həll etməyə çalışın. Nəyi dəyişdirmək istədiyinizə qərar verib, addım atın. Məsələn, arıqlamaq istəyirsinizsə, pəhrizə başlayın.
Qara pencək alın!
qardrobunuzda mütləq qara pencək olsun. Qara pencək hər an həyatınızı xilas edə bilər.
Kiçik uğurlara sevinməyi öyrənin!
Mütəmadi olaraq narahatçılıq keçirmək sağlamlığınız üçün çox ziyanlıdır. Gələcəyiniz üçün edə biləcəyiniz ən yaxşı şey sakitləşmək və dərindən nəfəs almaqdır. Arzularınızı birdən-birə həyata keçirə bilməzsiniz. Özünüzə haqsızlıq etməyin. Kiçik uğurlara sevinməyi öyrənin.
Avtomobil mövzusunda məlumatlı olun!
Sürücülük vəsiqəniz yoxdursa, tezliklə alın. Maşınız olmasa belə bu addımı atın. Hər şeyə hazırlıqlı olmaq lazımdır. Bununla da kifayətlənməyin. Təkəri dəyişdirməyi, yağı yoxlamağı öyrənin.
Təcili ehtiyac çantanız olsun!
Hər gənc qadının mütləq təcili ehtiyac çantası olmalıdır. Böyük bir kosmetika çantası alın və içinə kiçik, qatlanıla bilən diş fırçası, quru şampun, alt paltarı, paket, dırnaq boyası, tonal krem, telefon üçün adapter və pul qoyun. Bu çanta olmadan evdən çölə çıxmayın.

Tehsil-press.az

Oxşar xəbərlər