Müşavirəni giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov yeni ildə hər bir mədəniyyət işçisinə uğurlar arzulayıb. O, Mədəniyyət naziri Əbülfəs Qarayevin tövsiyə və tapşırıqlarını müəssisə rəhbərlərinə çatdırıb. Xüsusilə sosial şəbəkələrdə fəaliyyətin artırılması və mətbuat xidməti ilə əlaqələrin genişləndirilməsi zərurriliyini qeyd edib, Sumqayıtın 70 illiyi ilə bağlı tədbirlər planının və yeni layihələrin hazırlanması ilə bağlı tapşırıqlarını verib.
Sonra rəis müavini İlham Əhmədov 2018-ci ildə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, il ərzində müəssisələr üzrə 5873 tədbir keçirilib, həmin tədbirlərdə 90 mindən çox tamaşaçı iştirak edib.
Qeyd olunub ki, keçirilən tədbirlər barədə məlumatlar regionun (sumgait.mctgov.az) internet saytında, facebook səhifələrində, eləcə də respublikanın mətbu orqanlarında ətraflı işıqlandırılıb.
Müşavirədə həmçinin, regionun instagram, twitter, youtube kanalının açılması ilə bağlı məlumat verilib.
Daha sonra baş məsləhətçilər: İlham Manafov, Mönsüm Bağırov, Zahid Abbasov, Mehman Nəsirovun çıxışları dinlənilib.
Qeyd olunub ki, müddət ərzində Şuşa və Zəngilan rayonlarının folklor ansamblları yaradılıb, muzey fondları zənginləşdirilib.
Daha sonra məsləhətçi Ceyran Axundova, Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova və digərləri çıxış ediblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti