Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək

Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək ABŞ prezidenti Donald Tramp dövlət büdcəsini imzalayacaq və sərhəddə (Meksika ilə - red.) fövqəladə vəziyyət elan edəcək.
Bunu Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
Onun sözlərinə görə, bununla milli təhlükəsizlik böhran və humanitar böhrana son qoyulacaq.
S.Sanders deyib: "Prezident yenidən divarı tikmək, sərhədi qorumaq və ölkəmizin təhlükəsizliyi təmin etmək barədə verdiyi sözü yerinə yetirir".
Qeyd edək ki, razılaşdırılmış büdcə divarın tikilməsinə Trampın tələb etdiyi 5.7 milyard dollar əvəzinə cəmi 1,4 milyard dolların ayrılamsını nəzərdə tutur.

Tehsil-press.az

Oxşar xəbərlər