Tramp 1 milyon miqranta vətəndaşlıq verəcək - Bir şərtlə...

Tramp 1 milyon miqranta vətəndaşlıq verəcək - Bir şərtlə... Ağ Ev Konqresə immiqrasiya ilə bağlı qanun layihəsinin güzəştli variantını təqim edəcək. Həmin variant ABŞ-a qeyri-leqal yollarla gələn 1,8 milyon insana Amerika vətəndaşlığı almağa imkan verəcək.
Tramp administrasiyasının hesablamalarına görə, bu imkandan DACA proqramı ilə ölkəyə gələn 700 min miqrant, həmçinin proqramda iştirak hüququndan yararlanmamış 1,1 milyon insan istifadə edə biləcək.
Həmin şəxslər 10-12 il sonra amerika vətəndaşlığı ala biləcəklər.
Bu güzəşt qarşılığında Donald Tramp Konqresdən Meksika ilə sərhəddə divarın tikilməsinə 25 milyard dollar ayırmasını tələb edib.

Təhsil-press.az

Oxşar xəbərlər