Fövqəladə yanğın hadisələrində çevik reaksiya verilməsi bacarığı önəmlidir və buna yalnız praktiki məşğələrlə nail olmaq olar. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Qaradağ yanğınsöndürmə bölməsi Holcim-in Qaradağ Sement zavodunda təlim keçirmişdir.
Təlim ssenariyə uyğun olaraq zavod ərazisində yanğın baş verməsi barədə FHN-in “101” qaynar xəttinə məlumatın daxil olması ilə başlamışdır. Daxil olmuş zəngə əsasən FHN Yanğından Mühafizə Bölməsinin qüvvələri şərti hadisə yerinə cəlb olunmuşdur.
İki mərhələdə keçirilən təlimin birinci mərhələsində İnzibati binada olan insanların təhlükəsiz əraziyə təxliyəsi, zavodun yanğınsöndürmə manqası tərəfindən ilkin yanğınsöndürmə vasitələri tətbiq edilməklə kiçik həcmli yanğının yayılmasının qarşısının alınması üzrə tədbirlər yerinə yetirilmişdir. İkinci mərhələdə Yanğından Mühafizə xidmətlərinin əməkdaşları ilə birgə şərti hadisə yerində nisbətən böyük yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilmişdir.
Tədbirlərin davamı olaraq Holcim zavodunun digər ərazilərində qeyd olunan mövzularda təqdimat və “Yanğın zamanı davranış qaydaları” mövzusunda əməli məşqlərin keçirilməsi planlaşdırılır. Nəzəri təlimlərlə müqaisədə praktik təlimlər baş verəbiləcək hadisələrin qarşısını almaqda əməkdaşların hazırlıqlı olmalarına müsbət təsir göstərir.
Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.
Mətbuat Xidməti