“Riyad”da yanğın söndürüldü - Xəsarət alanlar var + Yenilənib

“Riyad”da yanğın söndürüldü - Xəsarət alanlar var + Yenilənib Bakı-Sumqayıt yolunun kənarında - Xırdalan şəhərində yerləşən “Riyad” Ticarət Mərkəzində güclü yanğın başlayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb edilib.
Güclü külək olduğu üçün yanğının miqysaı da genişlənir.
Yanğının səbəbi bilinmir.
***
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri alovun yayılmasının qarşısı alıb və yanğını söndürüblər.
Yanğının ticarət mərkəzindəki mebel dükanının anbarından başladığı bildirilir.
Sosial şəbəkə istifadəçiləri hadisə yerindən foto və videolar paylaşıblar.
***
Hadisə ilə bağlı FHN-dən bildirilib ki, ticarət mərkəzi ərazisindəki mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.
Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər