İlk həftədə Həcc ziyarətinə getmək üçün 70-dən artıq insan müraciət edib (ÖZƏL)

İlk həftədə Həcc ziyarətinə getmək üçün 70-dən artıq insan müraciət edib (ÖZƏL) Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun başlanmasının birinci həftəsində 70-dən artıq insan müraciət edib.
Qeyd olunub ki, hazırda sənəd qəbulu davam edir. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.
Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək arzusunda olan bütün insanlar bu arzularını reallaşdıra biləcəklər. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.
Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər