Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya

Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya Bir neçə gündür sosial şəbəkələrdə gələn aydan uşaq pulunun bərpa edilməsi ilə bağlı yayılan xəbərlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi reaksiya verib.
Nazirliyin şöbə müdiri Fazil Talıbov bildirib ki, sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan yayılan həmin məlumatlar yalandır və hər kəsi bu xəbərlərə inanmamağa çağırıb.
Xatırladaq ki, belə bir təkliflə ilk dəfə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD)-nin rəhbəri Vüqar Bayramov sosial şəbəkədə çıxış etmişdi. O, təklif etdiyi mexanizmdə uşaq pulunun məbləğini 3 yaş qruplarına görə qruplaşdırmışdı.

Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya

Tehsil-press.az

Oxşar xəbərlər