Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni TƏYİNATLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni TƏYİNATLAR Anar Əliyev və Vüsal Nəsirli Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşavirləri təyin edilib.
Bundan əvvəl nazirin yalnız bir müşaviri var idi - Yalçın Müslümov. Yeni təyinatlardan sonra müşavirlərin sayı 3-ə çatıb.
A.Əliyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bundan əvvəl Aparata Əjdər Cəbiyev rəhbərlik edirdi, müavini isə Ədalət Əliyev idi. Hazırda hər iki vəzifə vakantdır.
Xatırladaq ki, ötən ay Sahil Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər