Martın 26-da Ticarət Mərkəzində yanğın zamanı “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundovun da mağazaları yanıb.
İ.Axundov Tehsil-press.az-a açıqlamasında bildirib ki, həmin TM-də oboy satışı ilə məşğul olan iki mağazası olub: “İcarəyə götürmüşdük, oboy satırdıq. İşçilərim nəzarət edirdi, heç özüm mağazaları görməmişdim. Yanğında bütün mallar yanıb, heç nə çıxara bilməyiblər. Nə qədər ziyan dəydiyini hesablamamışam. O pul mənim üçün böyük ölçüdə deyil, ona görə arxasıyca düşmədim, araşdırmadım da.
Digər mağaza sahibləri üçün çox ağırdır, bəziləri kredit götürüb, evini girov qoyub, nisyə mal alıb o işi görmüşdü. Amma mənim üçün çox da böyük itki deyil. Buna görə də dövlətdən heç bir istəyim, arzum yoxdur”.
Qeyd edək ki, İ.Axundov son günlər Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus obyekti onların əlindən alması xəbəri ilə gündəmə gəlib. “Şərurlu İsfəndiyar” açıqlamasında qarşı tərəfin sənədinin saxta olduğunu və bu barədə məhkəmə qərarının elan edildiyini bildirmişdi.

Murad Əhməd