Bakıda bədbəxt hadisə - ÖLƏN VAR

Bakıda bədbəxt hadisə - ÖLƏN VAR Bakıda tikintidə bədbəxt hadisə baş verib.

Hadisə ötən gün saat 20 radələrində Badamdar qəsəbəsindəki tikinti meydançasında qeydə alınıb.

Belə ki, orada fəhlə kimi çalışan 1988-ci il təvəllüdlü Neftçala sakini Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı aşıb.

Nəticədə o, hadisə yerində vəfat edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər