Müsavat partiyasının tanınmış üzvləri bir-birini təhqir edib. Tehsil-press.az xəbər verir ki, öncə Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı "Facebook"da status yazaraq birbaşa partiyanın rəhbəri Arif Hacılını ittiham edib:
"Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız".
Daha sonra başqan müavini Səxavət Soltanlı Yadigar Sadıqlıya sərt cavab verib:
"Əlbəttə ürək ağrısı ilə bu statusu yazıram.
Söhbət Müsavat Partiyasının və yüzlərlə ləyaqətli və vicdanlı müsavatçıya atılan böhtandan gedirsə, cavab verməmək mənim kitabımda yoxdur.
Deməli belə, Yadigar Sadıqlı bütünlüklə Müsavat Məclisini təhqir etdikdən, provakativ hərəkətlər etdikdən sonra növbəti dəfə müsavatçılar haqqında böhtan və yalan yayması, güya müsavatçılar kiminsə göstərişi ilə ona “satqın” deyiblər... (Belə bir fakt yoxdur, mümkün deyil) Bu müsavatçıları təhqir etməkdir.
Məsələnin mahiyyəti odur ki, Məclisdə etdiyi dözülməz davranışdan sonra hər kəs onun bu davranışını qınadı, ondan səhv etdiyini etiraf edib, üzr istəməsini tələb etdilər. O da müsavatçılardan dəstək görmədiyi üçün əsasən anti-müsavatçılardan və bu söhbətlərin detallarını bilməyən səmimi insanları çaşdırmaqla onların dəstəyin qazanmaq, Müsavat Partiyasına zərər vurmaq bahasına yalan və böhtan dolu status yazdı.
Statusa və mövzuya əlavə olaraq.
Siz siz olun, həyatda yaşadığı halda, fəaliyyət göstərdiyi müddətdə heç kim haqqında yüksək fikirlər yazıb özünüzü yazdıqlarınızın girovuna çevirməyin.
Siz siz olun, yalan-böhtan danışmayın. Bir dəfə yalan-böhtan danışdızsa, məcbursuz ki, növbətilərini uydurasız".
Tehsil-press.az