Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Umid Partiyasının sədri İqbal Ağazadə Meydan TV-nin efirində 15-16 oktaybr hadisələrinin ildönümü ilə bağlı debata çıxıblar. Debatda hər iki partiya sədri hadisələrinin xronologiyasını xatırlayarkən bir-birinin ünvanına təhqiramiz ifadələr işlədib.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, 10 il müddətində müxalifət 2003- cü ilin seçkilərinə hazırlaşdı: “Ancaq nəticə olaraq səsləri qoruya bilmədik. Məğlubiyyətinin müxtəlif səbəbləri var. Bu bir verilişə çıxmaz. Biz hadisələrin içində olduğumuz üçün ən yaxşı tarixçilər buna qiymət verə bilər”.
Arif Hacılı söhbətə müdaxilə edərək cavab vermək istədiyini bildirib. İ. Ağazadə isə cavab o haqqının onda olduğunu vurğulayaraq Arif Hacılını cığallıq etməkdə qınayıb. A. Hacılı isə cavabında İ. Ağazadəni səviyyəli danışmağa çağırıb.
Ümid Partiyasının sədri belə olduğu halda Müsavat başqanını səviyyəsiz adlandırıb.
“Siz danışdınız, heç mən sizin sözünüzə müdaxilə etmədim, diqqətlə qulaq asdım. Hesab düz gələndə hamı səviyyədən danışır. 15 oktyabrda heç bizim Müsavat qərargahı qarşısında toplaşmaq düşüncəmiz yox idi. Mənə İsa Qəmbər zəng etmişdi ki, ora gəlim. O planlar oldu ki, hansı ki mənim xəbərim yox idi, biz onun hesabına qalib gəlmədik. İsa bəydən xahiş etdim ki, camaata müraciət etsin və onlar partiyanın qarşısından dağılışsınlar”.
Hacılı bildirib ki, İ, Ağazadə həmişə mitinqin əleyhinə danışıb: “Hətta bununla bağlı efirdə çağırışı da olub”.
Bu cavabdan sonra Ağazadə Hacılını yalan danışmaqda ittiham edərək onu tərbiyəsiz adlandırıb və hadisələrə daha sərt mövqeyini bildirib. O qeyd edib ki, Məhərrəm Əliyev İsa Qəmbəri kabinetdən söyüb çıxarana kimi orda olub: “Arif Hacılı mikrofon gətirmək bəhanəsi ilə meydandan qaçdı və gəlmədi”.
Bu cavabı eşidən Müsavat Partiyasının başqanı təəssüf edərək efiri tərk edib.
Tehsil-press.az