Xızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilib

Xızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilib Tədbir Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Xızı rayon Cəfər Cabbarlı ev muzeyi və Bakı şəhər Cəfər Cabbarlı ev muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirə ev sahibliyi edən Sumqayıt Regional Mədəniyyət idarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Möhsün Bağırov və Bakı şəhər Cəfər Cabbarlı ev muzeyinin direktoru Qəmər Bağırova çıxış edərək belə tədbirlərin yüksək əhəmiyyətindən danışıb, bundan sonra da davam edəcəyini bildiriblər.
Sonra söz-sənət ustalarının, elm və incəsənət xadimlərinin, Azərbaycan Respublikasnın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinin ədibin yaradıcılığı, zəngin ədəbi irsi, keşməkeşli həyat yolu ilə bağlı çıxışları dinlənilib.
Daha sonra şagirdlərin ifasında Cəfər Cabbarlının şeirləri dinlənilib.
Sonda məşhur kamança ifaçısı, Xalq Artisti Şəfiqə Eyvazova və qızı Mehri Əsədullayeva, Əməkdar artist Rəşad İlyasovun ifasında Cəfər Cabbarlının sözlərinə yazılmış mahnılar, xalq və bəstəkar mahnıları, o cümlədən, instrumental musiqi və muğamlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Xızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilibXızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilibXızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilibXızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilibXızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilibXızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilibXızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilibXızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilib


Oxşar xəbərlər