BDU tələbələrinə sığorta sahəsində qərarvermə mexanizmləri izah olunub

BDU tələbələrinə sığorta sahəsində qərarvermə mexanizmləri izah olunub “BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvləri və “Meqa Sığorta” ASC-nin birgə təşkilatçılığı ilə “Risk psixologiyası və sığorta davranışı” adlı təlim keçirilib.

Təlimdə ASC-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Emil Ağabağırov tələbələrə sığorta anlayışı barədə məlumat verib. Sonra sığorta sahəsində qərarvermə mexanizmləri müzakirə olunub, risklərin qavranılması və emosional amillərin insan davranışına təsiri təhlil edilib. Risk psixologiyasının əsas prinsipləri izah edilib. İştirakçılar real həyat nümunələri əsasında risk davranışlarını analiz edərək interaktiv müzakirələr aparıblar.

Təlimin praktik hissəsində təlimçi sığorta sahəsi üzrə peşəkar təcrübəsini iştirakçılarla bölüşüb, sığorta mexanizmləri və real iş mühiti ilə bağlı məlumatları təqdim edib.
İştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb. Sessiyanın sonunda təlim proqramını uğurla tamamlayan tələbələrə sertifikatlar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər