Qonşu ölkədə SOS! Yoluxucu xəstəliklər yayıla bilər

Qonşu ölkədə SOS! Yoluxucu xəstəliklər yayıla bilər İranın seldən zərərçəkən bəzi bölgələrində dəri və yoluxucu xəstəliklərin yayılması ehtimalı var.
Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Əli Əsğər Peyvəndi deyib.
Ə.Peyvəndinin sözlərinə görə, Qırmızı Aypara Cəmiyyətinin vəzifəsi insanları xilasetmə, yardım, ərzaqla və müvəqqəti sığınacaqlarla təmin etməkdir. Cəmiyyət sədri əlavə edib ki, müxtəlif vilayətlərdə hələ də zəruri müalicə işləri sona çatmayıb.
Xatırladaq ki, İranda 18 martdan başlayaraq təxminən 1 ay ərzində baş verən sel və daşqınlar nəticəsində 77 nəfər həlak olub, min nəfərdən çox insan yaralanıb, 4 nəfər itkin düşüb.

Tehsil-press.az



Oxşar xəbərlər