Rusiyanın məşhur azərbaycanlı aparıcısı ikinci qırmızı diplomunu aldı

Rusiyanın məşhur azərbaycanlı aparıcısı ikinci qırmızı diplomunu aldı Rusiyanın məşhur azərbaycanlı aparıcısı Nailə Əsgərzadə ikinci ali təhsilini başa vurub.
31 yaşlı aparıcı sosial şəbəkədə məzun günündən fotolarını paylaşıb. 2017-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olan Əsgərzadə ali təhsilini qırmızı diplomla başa vurub. Əsas ixtisası iqtisadçı olan aparıcı bu dəfə “Beynəlxalq maliyyə” ixtisasını bitirib. Bu, onun ikinci qırmızı diplomudur.
Qeyd edək ki, Nailə Əsgərzadə “Rossiya 24” və “Rossiya 1” kanallarının aparıcısıdır. Onun haqqında iternetdə məlumat az olsa da, Bakıda doğulub boya-başa çatdığı məlumdur.

Tehsil-press.az



Oxşar xəbərlər