Vyetnam Rusiyadan silah almağa davam edəcək

Vyetnam Rusiyadan silah almağa davam edəcək Vyetnam bundan sonra da Rusiyadan silah almağa davam edəcək.
Bunu "Armiya-2019" Beynəlxalq Hərbi-Texniki Forumda Vyetnamın milli müdafiə nazirinin müavini Be Suan Çıonq deyib.
S.Çıonq bildirib: "Bu silahlar çox müasirdir. Silahlar bizim və digər müştərilərin xoşuna gəlir və bu, Rusiyanın hərbi kopleksinin qabiliyyətini təsdiqləyir. Bizim ölkənin silahları və texnikası əsasən Sovet İttifaqı və Rusiyadandır və gələcəkdə də biz sizdən silah alacağıq. Çünki sizin silahlar çox yaxşıdır və bizə bir neçə müharibədə qalib gəlməyə imkan verib".

Tehsil-press.az

Oxşar xəbərlər