Barak Obama Vyetnama səfərində bu barədə məlumat verib.
ABŞ Vyetnama silah satışı ilə bağlı embarqonu aradan qaldırıb. Tehsil-press.az-ın məlumatına görə, bu barədə ABŞ lideri Barak Obama Vyetnam səfəri zamanı məlumat verib. ABŞ və Vyetnam bu ölkədə Amerikanın hərbi bazasının yerləşdirilməsi barədə razılığa gəliblər.
Obamanın səfəri üç gün davam edəcək. Bu gün Obama üçün rəsmi qarşılanma mərasimi keçirilib.
Obama vyetnamlı həmkarı Tran Dai Quang ilə görüşüb. O, son zamanlar əldə edilən uğurlara görə dövlə başçısını təbrik edib. ABŞ prezidenti səfərinin iki ölkə arasında münasibətləri d aha da yaxşılaşdıracağına ümid etdiyini deyib.
Obama admnistrasiyası adıçəkilən ölkə ilə 2013-cü ildə Vyetnamla Strateji Əməkdaşlıq Anlaşması və 2015-ci ildə ABŞ-Vyetnam ortaq anlaşmasını imzalamışdı. Bu anlaşmalarla embarqo qismən aradan qaldırlmışdı. Lakin Vyetnam embarqonun tamamilə aradan qaldırlması barədə müraciət etmişdi.
B.Obama iki ölkə arasında münasibətlərin düzəlməyə başladığı 1995-ci ildən Vyetnamı ziyarət edən 3-cü ABŞ prezidenti olub. Ondan öncə Bill Klinton 2000, Corc Buş isə 2006-cı ildə bu ölkədə olub.
1965-1973-cü illərdə davam edən ABŞ-Vyetnam savaşında 58 min amerikalı həlak olub. İki ölkə arasında ticarətin həcmi 45 milyard dollardır.
Obama bundan sonra Yaponiyaya səfər edəcək. Onun İkinci Dünya Mühraribəsi zmanaı ABŞ-ın atom bombası atdığı Xirosimaya da səfər edəcəyi gözlənilir.
Tehsil-press.az