Anomal istilər 4 nəfərin ölümünə səbəb olub

Anomal istilər 4 nəfərin ölümünə səbəb olub İspaniyada son bir neçə gün ərzində anomal istilər səbəbindən ölənlərin sayı 4 nəfərə çatıb.
El-Kuervoda 66 yaşlı kişi, Kordovada 17 yaşlı gənc, Valyadoliddə 93 yaşlı kişi və La-Rioxada 90 yaşlı qadın günvurmadan ölüblər.
Bildirilir ki, İspaniyada anomal istilər ötən həftə başlayıb. Bəzi yerlərdə havanın temperaturu 43 dərəcə istiyə qədər çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər