Avstraliyda anomal istilər minlərlə yarasanın kütləvi ölümünə səbəb olub

Avstraliyda anomal istilər minlərlə yarasanın kütləvi ölümünə səbəb olub Yanvar ayında anomal istilər Avstraliyada minlərlə yarasanın kütləvi ölümünə səbəb olub.
Qitədə bəzi günlər havanın temperaturu 44 dərəcəyə çatır. Qızmar istilər isə yarasaların beynini “bişirir”.
Bu növ yarasaların xüsusiyyəti ondan ibarətdir ki, onlar mağaralarda deyil, ağacların budaqlarında yaşayır. Buna görə onlar günəşdən qaça bilmir və tələf olur.
Yerli ekoloqlar “Qırmızı kitab”a düşən minlərlə uçan yarasanın cəsədini tapıblar. Təəssüf ki, indi bu canlıları xilas etmək heç cür mümkün deyil. Ümid yalnız havaların soyumasına qalır.

Təhsil-press.az

Oxşar xəbərlər