“Sifətini əzişdirməyə hazıram” - Azərbaycanlı aparıcıdan gürcü jurnalistə

“Sifətini əzişdirməyə hazıram” - Azərbaycanlı aparıcıdan gürcü jurnalistə Rusiyanın Azərbaycan əsilli aparıcısı İradə Zeynalova “Rustavi 2” telekanalının efirində Rusiya prezidenti Vladimir Putini təhqir edən gürcü jurnalist Georgi Qabuniyanı sərt tənqid edib.
Tanınmış aparıcı baş verənlərə Feysbuk hesabı vasitəsi ilə münasibət bildirib.
“Birincisi, mənim atamın adını, Mazdok döyüşündə babamın həyatını xilas edən, gürcünün şərəfinə qoyublar. Onu nənəsi gözləyirdi – hər şey Putində olduğu kimi. Qəbrləri təhqir edən babamın, nənəmin və Aftandil adlı həmin gürcünün də xatirəsini təhqir edib.
İkincisi, mənim əsl gürcü dostlarım var. Moskvada da, Tibilisidə də. O, onların da şərəf haqda normal insani anlayışlarını da təhqir edib.
Üçüncüsü, o, məni, atamı, oğlumu, həyat yoldaşımı və hörmət etdiyim, sevdiyim hamını qul adlandırıb.
Putin onun sifətini əzişdirməyəcək – intası bilirəm ki, o, Piterin həyətlərini xatırlayır. Əminəm ki, təhqir edənə kişilər baş qoşmamalıdır. Onunla jurnalistika haqda danışmaq lazım deyil. Hər şey asandır. Məni, yaxınlarımın qəbrini təhqir edənin sifətini əzişdirməyə hazıram. Bəli, əlləri bulaşdırmaq. Bəli, qadın kimi, amma realda. Kilometrlərlə uzaq olan efirdə yox”, - İ. Zeynalova sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Qabuniya aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı qalmaqala səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər