Əflatun Amaşovdan jurnalistin təhqir olunmasına reaksiya

Əflatun Amaşovdan jurnalistin təhqir olunmasına reaksiya “Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər”.
Bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Seymur Verdizadənin Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevin müavini tərəfindən təhqir olunmasına münasibət bildirərkən deyib. MŞ sədri bildirib: “Jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir.
Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir”.

Tehsil-press.az


Oxşar xəbərlər