Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz sabiq nazir Ziya Məmmədovun ibadətə başlaması ilə bağlı verdiyi açıqlamanı şərh edib. “Qafqazinfo” xəbər verir ki, o, eks nazirin ibadətini Bakı Nəqliyyat Agentliyinin strukturu ilə qarşılaşdırıb.
O bildirib ki, Z. Məmmədovun ibadətləri ilə bağlı yazıları oxuyanda nədənsə hər dəfə Nəqliyyatın İntellektual İdarəetmə Sistemini xatırlayır: “
Bu, Azərbaycanın ən böyük İT layihələrindən, həm də Azərbaycanın İT tarixində ən bahalı və ən uğursuz layihədən biri olub: “Əgər NİİM uğurlu olsaydı, indi hər gün yollarda baş verən dəhşətli qəzalar minimuma enə bilərdi. NİİM-in bütün ölkə boyu reallaşdırılması nəzərdə tutulmuşdu.
Lakin Ziya Məmmədovun rəhbərliyi altında olan NİİM 100 milyonlarla vəsait ayrılmasına baxmayaraq iflas oldu.
Ümumiyyətlə, maraqlıdır görəsən NİİM MMC bir qurum olaraq indi hardadır ? Mən özüm də bilmirəm hardadır .
BNA-nın strukturuna nəzər salın görək, orada NİİM MMC varmı? Yoxdur. Halbuki qanunvericiliklə NİİM bir struktur vahidi olaraq , bir MMC olaraq BNA tərkibində olmalıydı. Amma yoxdur.
İndi ibadətlə məşğul olan cənab eks-nazirdən və BNA rəhbərliyindən soruşmaq istərdik ki, hardadır NİİM MMC ?
Nə üçün görünmür strukturda? Nə üçün 100 milyonluq qurum yoxa çıxıb?
Cavab çox sadədir.
Çünki BNA NİİM-i bir qurum olaraq , MMC olaraq təhvil almayıb. Sadəcə, indiyədək də təhvil-təslim olmayıb. Prezidentin bununla bağlı fərmanı indiyədək də icra edilməyib.
Güman ki, BNA rəhbərliyi təhvil almağa bir şey tapa bilməyib, güman ki 100 milyonluq “heç nəyi” balansına almaq istəməyiblər.
Əks halda bu, BNA strukturunda öz əksini tapmalıydı.
Amma bütün bunlara baxmayaraq, BNA rəhbərliyi NİİM-in ayrı-ayrı komponentlərindən istifadəyə cəhdlər edir. Bura yenidən böyük vəsaitlər ayrılır. Lakin hələlik yetərli nəticələr yoxdur. Çünki “heç nəyin” üzərində normal infrastrukutr bərpa etmək çox çətin olardı.
Kimdir günahkar ?
Adətən ibadət edərkən günahların da bağışlanması arzu olunur.
Görəsən, hörmətli Ziya müəllim ibadət edəndə NİİM-i yada salırmı?”.
Günel Türksoy