Rusiya İstintaq Komitəsi azərbaycanlı iş adamı Telman İsmayılova 2 qətl hadisəsi ilə bağlı ittiham irəli sürüb. Rusiya İstintaq Komitəsinin yaydığı xəbərdə deyilir ki, qətl hadisələri ilə bağlı başlanan cinayət işi üzrə Telman İsmayılovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması ilə bağlı qərar qəbul edib.
"Yeni Müsavat”ın yazdığına görə, İstintaq Komitəsi əmindir ki, T.İsmayılov ötən il baş verən iş adamları Vladimir Savkin və Yuri Brılevin qətllərinin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla birgə həyata keçirib. Cinayəti həyata keçirən isə Mehman Kərimov olub. Bundan başqa, T.İsmayılov qanunsuz silah dövriyyəsində də ittiham olunur. Hazırda o, İnterpol xətti ilə beynəlxalq axtarışa verilib...
Qəzet yazır ki, T.İsmayılovun Azərbaycanda ən çox təmas saxladığı sabiq nazirlərdən biri də Ziya Məmmədovdur. Onun da ətrafında müəmmalı ölüm işləri olub. Sabiq nazirin adı Dövlət Dəmir Yol İdarəsinin rəisi işləmiş Adil Məmmədovun müəmmalı ölümündə hallanırdı. Bu haqda açıqlama verən A.Məmmədovun qardaşı F.Məmmədov demişdi ki, qardaşının həyat yoldaşı söhbət zamanı ona Adilin Ziya Məmmədov tərəfindən öldürüldüyünü deyib. Sitat: “Mən Şəlalədən niyə telefona cavab vermədiyini və vaxtında təcili yardım çağırmadığını soruşanda o, rusca ”Eqo Ziya ubil da" deyə cavab verdi"...
Z.Məmmədovun oğlu Anar Məmmədovun adının mərkəzi fiqur kimi keçdiyi bir ölüm işi haqda 2013-cü ilin iyul ayının 17-də Türkiyənin “Hürriyet” qəzetində Yalçın Bayerin köşə yazısında bəhs edilirdi. Yazıda nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun mühafizəçisi olan bir Türkiyə vətəndaşının güllələnməsindən bəhs edilirdi. Bu, Məmmədovlar ətrafında olan və güllə yarası alan ilk mühafizəçi deyildi. Hələ onu bəxti gətirmişlərdən də saymaq olar. Salyan qəbiristanlığında Anar Məmmədovun mühafizəçisi olmuş Nizami Dadaşov adlı şəxsin qəbri var. Bu şəxs 2000-ci ilin mayına qədər A. Məmmədovun mühafizəçisi olub. İdmançı olan həmin şəxs güllə ilə vurularaq öldürülüb. Rəsmi versiyalarda onun avtomobil qəzasında həlak olduğu iddia edilib. Amma camaat arasında belə söhbət gəzir ki, meyiti yuyan molla “mərhumun bədənində güllə yarası var” sözlərini ağzından qaçırıb. Bundan sonra bir neçə gün yoxa çıxıb, sonra isə bu söhbəti tamamilə “unudub”. N.Dadaşovun öldürülməsindən bir müddət sonra Ziya Məmmədovun başqa bir mühafizəçisi, Şimali Qafqazdan olan Altaf adlı idmançı yoxa çıxıb. Mühafizəçi Azərbaycan vətəndaşı olmadığına görə onun necə yoxa çıxdığı, öldüsü-qaldısı bu gün də bilinmir.
Məmmədovun daha bir mühafizəçi, Masallıdan olan Eldəniz Qurbanovu 2008-ci il, martın 1-də qətlə yetiriblər. Bu günə qədər bu qətlin hansı şəraitdə törədilməsi ictimaiyyətdən gizlədilir.
Z.Məmmədovun Cəmil adlı cangüdəni isə vaxtilə Salyanın Qaraqaşlı kəndində yaşayıb. O, nazirin mühafizəsindən ayrılandan sonra ciddi təqiblərə məruz qalıb. Onu uzaq Sibirdə aşkarlayıb qətlə yetiriblər. 2014-cü il iyulun 11-də “Garant Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Natəvan Əliyevanın meyiti yaşadığı ünvanda aşkarlanmışdı. Salyandan olan bu xanımın evində usta işləmiş şəxs tərəfindən öldürüldüyü açıqlanmışdı...
Rusiya İstintaq Komitəsi Ziya Məmmədovun yaxın dostu “AST Telman” kimi tanınan Telman İsmayılovun həbsinə qərar verənə qədər də onun adı hazırda cinayət işi materiallarında qətllərin sifarişçisi kimi çəkilirdi. Uzun illər istintaqçılar bu məlumatların nə dərəcədə həqiqət olduğunu dəqiqləşdirə bilmirdilər. T.İsmayılov Rusiya hakimiyyət dairələri ilə əlaqələri üzərində istintaqçıların sərt suallaırndan illərlə yayına bilirdi. Hazırda isə onun əlaqələri zəifləyib və yox dərəcəsinə düşüb. Odur ki, istintaqçılar hərəkətə keçiblər. Onun Azərbaycandakı dostlarının da əlaqələrinin zəiflədiyi bir dönəmdə həmin şəxslərin də vaxtilə adları keçən işlər üzrə sorğu-sual ediləcəyi istisna deyil...
Tehsil-press.az