Baş vermiş avtoqəzada 12 nəfər xəsarət alıb

Baş vermiş avtoqəzada 12 nəfər xəsarət alıb Slovakiyanın qərbindəki Qloqoves şəhərində baş vermiş ağır yol qəzasında yük maşını, furqon və iki minik maşını toqquşub. Nəticədə 12 nəfər xəsarət alıb.
Bu barədə yerli polisin məlumatında deyilir.
Məlumata görə, yaralılardan üçünün vəziyyəti daha ağırdır. Qəzanın səbəbkarı yük maşınının sürücüsü olub.
Hadisə yerinə helikopter cəlb olunub, yaralılar xəstəxanalara çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər