Azərbaycanda dəhşətli qəza - Azyaşlı öldü, 11 nəfər yaralandı+ Yenilənib

Azərbaycanda dəhşətli qəza - Azyaşlı öldü, 11 nəfər yaralandı+ Yenilənib Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Bəşirabbas kəndi ərazisində “Oka” və “Zaporojets” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Xəsarət alanlardan 11 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 6 nəfərin vəziyyəti orta ağırdır.
Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış.
Qəzanın səbəbləri araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboyda baş verən yol qəzası nəticəsində xəsarət alanlardan 6 nəfərin kimliyi məlum olub.
Əliyev Ramin Nazim oğlu, 1986
Quliyeva Şəbnəm Sabit qızı, 1999
Məmmədova Nüşabə İsrayıl, 1988
Quliyev Hüseyn Sadiq oğlu, 2002
Süleymanov Orxan Sərvan oğlu, 1997
Bayramova Sadəgül Həsən qızı, 1991
***
Rayonun Bəşirli kəndi ərazisində qeydə alınan yol qəzasında xəsarət alan 3 azyaşlı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib.
Tibbi yardımlara baxmayaraq, onlardan bir nəfəri, 2010-cu il təvəllüdlü Əliyev Nicat Ramil oğlu dünyasını dəyişib.
Digər 2 azyaşlının vəziyyəti isə orta ağırdır.

Tehsil-press.az


Oxşar xəbərlər