Ərdoğanın HÜCUM ANONSUNA ŞOK CAVAB: ABŞ Türkiyəyə qarşı savaş üçün...

Ərdoğanın HÜCUM ANONSUNA ŞOK CAVAB: ABŞ Türkiyəyə qarşı savaş üçün... ABŞ-ın İraqdan Suriyanın Haseke əyalətindəki Qamışlı şəhərinə içində silah-sursatın olduğu 200 TIR göndərib.
Bu haqda Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatında deyilir.
Qeyd edək ki, bu, son 4 gündə ikinci analoji hadisədir. ABŞ avqustun 3-də əsas hissəsini YPG terror təşkilatının təşkil etdiyi “Suriya Demokratik Qüvvələri”ni dəstək olaraq 300 TIR-dan ibarət hərbi kolon göndərmişdi.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 4-də verdiyi bəyanatla Türkiyənin Suriyanın şimalında Fərat çayından şərqdə terror təşkilatlarına qarşı hərbi əməliyyata başlayacağını bəyan edib.
“Afrinə, Cerablusa və Əl-Baba girdik, indi də Fəratın şərqinə girəcəyik”, - Ərdoğan bildirib.
O, Rusiya və ABŞ-ın bu barədə məlumatlandırıldığını deyib.
Türk hərbi mənbə “RİA-Novosti” agentliyinə bildirib ki, Türkiyə avqustun 11-də belə əməliyyata başlaya bilər. Mənbənin məlumatına görə, Ankara və Vaşinqton Fəratın şərqində təhlükəsizlik zonasının ölçüsü üzrə qarşılıqlı anlaşmaya nail ola bilməyib.
ABŞ-ın Suriyanın şimalında YPG-yə etdiyi yardımların Ankara və Vaşinqton arasında razılaşmanın əldə olunmadığı barədə xəbərlərin fonunda edilməsi isə diqqətdən qaçmır. Yardımlar ABŞ-ın YPG-ni Türkiyə ordusuna qarşı müqavimətə hazırladığı qənaəti yaradır.

Tehsil-press.az

Oxşar xəbərlər