Ərdoğan İraqın şimalında öldürülən terrorçuların sayını açıqladı

Ərdoğan İraqın şimalında öldürülən terrorçuların sayını açıqladı Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının 347 üzvü məhv edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
R.T.Ərdoğan bəyan edib ki, Türkiyə sonuncu terrorçu öldürülənədək hərbi əməliyyatları davam etdirəcək.
Xatırladaq ki, aprelin 7-dən etibarən Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatlara başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər