Türkiyədə HƏYƏCAN TƏBİLİ - Yanğın evlərə keçdi

Türkiyədə HƏYƏCAN TƏBİLİ - Yanğın evlərə keçdi Türkiyənin Balıkesir vilayətinin Mərmərə mahalında meşə ərazisində yanğın başlayıb.
Bələdiyyə başçısı Süleyman Aksoy yanğının söndürülməsinə güclü küləyin maneə olduğunu bildirib.
O, yanğının təxliyyə edilən bəzi evlərə keçdiyini söyləyib.
"Əlimiz-qolumuz bağlıdır, yanğın evlərə çatdı", - bələdiyyə başçısı deyib.
Son məlumatlara görə, yanğının söndürülməsinə helikopterlər cəlb olunub. Hazırda yanğının bir neçə nöqtədə davam etdiyi bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər