Dünyanın ən zəngin insanları - 1 gündə 18 milyard itirdi

Dünyanın ən zəngin insanları - 1 gündə 18 milyard itirdi Dünyanın ən zəngin doqquz biznesmeni avqustun 14-də ümumilikdə 18 milyard dollara yaxın pul itirib. Bu barədə “Forbes” məlumat verib.
Bu, Amerika Find Birjasında indekslərin kəskin düşməsi ilə əlaqəlidir. Məsələn, Dow Jones bu günlərdə 2019-cu ildə ən maksimal enməni nümayiş etdirib.
“Forbes” siyahısının lideri Ceff Bezos 3,5 milyard dollar, “Facebook”un rəhbəri Mark Zukerberq 3,2 milyard dollar, “LVMH”in baş direktoru Bernar Arno 3 milyard dollar itirib. Aksiyaların enməsi TOP 10-luğa daxil olan varlılardan yalnız birinin – Nyu-York şəhərinin keçmiş meri Maykl Blumberqin varidatına heç bir təsir göstərməyib.

Tehsil-press.az

Oxşar xəbərlər