Rusiyanın ən varlı insanlarının ümumi sərvəti 2018-ci ildə 5, 915 milyard dollar azalıb.
Bu barədə “RİA Novosti”nin “Bllomberg Billionaires Index”ə (BBI) istinadən hazırladığı hesabatda qeyd olunub.
İndeks milyarderlərin səhmlərinin olduğu şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanıb. Belə ki, BBI-yə dünyanın 500 ən zəngin insanı daxil edilib ki, bunlardan 25-i rusiyalı biznesmenlərdir. Ötən il 25 iş adamından yalnız 9-u sərvətini artıra bilib, 16-sı isə zərər görüb.
“Nornikelya” şirkətinin sahibi Vladimir Potanin 1 il ərzində sərvətini 687 milyon dollar artıraraq 19,6 milyard dollara yüksəldib. Bununla da o, BBI-nın siyahısına “Ən zəngin rusiyalı” kimi düşüb.
“Novatek”in sahibi Leonid Mihelson 2018-ci ildə sərvətini 2,77 milyard dollar artıraraq 19,4 milyar dollara çatdırıb.
“NLMK” şirkətinin əsas benefisiarı Vladimir Lisin sərvəti 146 milyon dollar dəyərində azalaraq 1,9 milyard dollar olub.
“Severstali” şirkətinin sahibi Aleksey Mordaşov ötən il 2,23 milyard dollar itirərək sərvətini 17,4 milyard dollar edib.
“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov isə sərvətini il ərzində 3,45 milyard dollar artıraraq 16 milyard dollara yüksəldib.
“Metalloinvest” və “Meqafon” holdinqlərinin rəhbəri Alişer Usmanov 327 dollar itirib, sərvəti 14,2 milyard dollardır.
“Evraz”ın sahibi Roman Abramoviç 1,6 milyard dollar qazanaraq sərvətini 14,1 milyard dollara çatdırıb.
“Novatek” və “Sibure”nin sahibi Qennadiy Timçenko il ərzində 2,73 milyard dollar gəlir əldə edib, sərvəti 13,8milyard dollardır.
“Renova” biznes-qrupunun sahibi Viktor Vekselberq bir ilə 3, 11 milyard dollar itirib, sərvəti 13,1 milyard dollardır.
“Evrohima”nın benefisiarı Andrey Melnitsenko 2018-ci ildə 1,35 milyard dollar itirərək sərvətini 13,1 milyard dollara qədər azaldıb.
Tehsil-press.az